Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

Hazırda oxunan: Astronavtın Aya apardığı SSRİ bayrağı hərracda satıldı

625683

"Sotheby's" hərrac evinin keçirdiyi "Kosmosun tədqiqi" (Space Exploration) adlı hərracda tarixi bir artefakt öz alıcısını tapıb.

Bizim.Media xəbər verir ki, "Apollon-11" missiyasının iştirakçısı, əfsanəvi astronavt Bazz Oldrinin Aya səfəri zamanı özü ilə apardığı SSRİ bayrağı hərraca çıxarılıb.

Hərrac evinin rəsmi məlumatına görə, ilkin qiymətləndirməsi 7,000 – 10,000 ABŞ dolları olan bu tarixi əşya, gərgin hərracın sonunda 35,000 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Bazz Oldrinin Aya uçuş zamanı öz şəxsi əşyaları arasında SSRİ bayrağını da götürməsi diplomatik bir jest kimi tarixə düşüb. Həmin hərracda Oldriyə məxsus digər əşyalar da yüksək qiymətlərə satılıb. Xüsusilə, missiyanı xilas edən məşhur qələm və sınmış açar düyməsi 857,600 ABŞ dollarına satılaraq satışın ən bahalı lotu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin