Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

Hazırda oxunan: Ukraynanın yeni Baş naziri Sergey Koretski kimdir? – DOSYE

625654

Xəbər verdiyimiz kimi, Sergey Koretski Ukraynanın yeni Baş naziri təyin edilib.

Bizim.Media yeni Baş nazirin dosyesini təqdim edirik:

Ukrayna energetika sektorunun ən təcrübəli idarəçilərindən olan Sergey Koretski 1978-ci ildə Ukraynanın qərbində yerləşən Volın vilayətinin mərkəzi Lutsk şəhərində anadan olub. Hazırda 48 yaşı olan tanınmış top-menecer, uşaqlıq və gənclik illərini məhz bu bölgədə keçirib.
 

Onun peşəkar karyerasının təməli də elə doğulduğu torpaqda qoyulub. Lutsk şəhərində yerləşən Volın Dövlət Universitetini bitirdikdən sonra o, elə həmin regionda fəaliyyətə başlayan və sonradan ölkə miqyaslı nəhəngə çevrilən "Kontinium" qrupunda və onun tərkibindəki "WOG" yanacaq şəbəkəsində işə başlayıb.


Gənc yaşlarından nümayiş etdirdiyi yüksək analitik qabiliyyət və idarəçilik bacarığı sayəsində o, doğma şəhərindən paytaxt Kiyevə qədər uzanan və ölkənin ən böyük dövlət şirkətlərinin rəhbərliyi ilə nəticələnən karyera yolu qət edib.

Koretski, Ukraynada qısa müddətdə geniş populyarlıq qazanan və böyüyən "Idealist Coffee" qəhvəxanalar şəbəkəsinin əsasını qoyub və uğurlu sahibkar kimi də özünü sübut edib.

Onun karyerasında ən böyük dönüş nöqtələrindən biri 2022-ci ilin noyabrında baş verib.

Ukraynada gedən genişmiqyaslı müharibə fonunda ölkə rəhbərliyi hərbi ehtiyacları və milli təhlükəsizliyi təmin etmək məqsədilə strateji əhəmiyyət kəsb edən, əvvəllər oliqarxların nəzarətində olan "Ukrnafta" və "Ukrtatnafta" şirkətlərini dövlətləşdirmək qərarına gəlib. Bu mürəkkəb və məsuliyyətli dövrdə hər iki nəhəng şirkətin idarəçiliyi məhz Sergey Koretskiyə etibar edilib.

O, qısa müddətdə daxili strukturlarda şəffaflığın təmin olunması, korrupsiyaya qarşı ciddi mübarizə və satınalmaların optimallaşdırılması istiqamətində köklü islahatlara başlayıb.

Koretskinin səmərəli böhran menecmenti sayəsində əvvəllər milyardlarla qrivna zərərlə işləyən dövlət müəssisələri rekord həddə mənfəət əldə edərək dövlət büdcəsinə ən çox vergi ödəyən strukturlardan birinə çevrilib. Bu gün o, Ukrayna iqtisadiyyatının müharibə dövründə ayaqda qalmasında və ordunun yanacaq təminatında mühüm rol oynayan əsas rəhbər şəxslərdən biri kimi qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin