Afina hökuməti Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiya paketini bloklayıb.
Bizim.Media xəbər verir ki, Yunanıstan Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) daşınması ilə məşğul olan "Dynagas" şirkətini qorumaq üçün bu addımı atıb.
"Dynagas" yunan maqnat Georgios Prokopiunun gəmiçilik şirkətidir və Arktika bölgəsindən Rusiya LNG yüklərinin daşınması üzrə ixtisaslaşıb.
Yunanıstanın Aİ-dəki səfiri həmkarlarına bildirib ki, Rusiya LNG-sinin üçüncü ölkələrə daşınmasını qadağan edəcək sanksiyalar "Dynagas"ı müflis edəcək.
Aİ-nin 21-ci sanksiya paketinin qəbulu üçün yekdillik tələb olunduğundan, Yunanıstanın etirazı artıq bir həftədir ki, prosesi ləngidir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:37 / 16.07.2026
Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı
Hazırda oxunan: Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı
Hazırda oxunan: Yunanıstan Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketini blokladı
625604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































