İyulun 16-na keçən gecə Rusiya ordusunun ballistik raketlərlə Kiyevə endirdiyi zərbələr nəticəsində paytaxtın iki rayonunda dağıntılar qeydə alınıb, ölənlər var.
Bizim.Media Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, hücum nəticəsində Kiyevin Darnitski rayonunda inzibati və anbar binalarında, eləcə də yük avtomobillərində yanğınlar baş verib.
Hadisə zamanı iki nəfər həlak olub, biri uşaq olmaqla daha iki nəfər yaralanıb.
Svyatoşin rayonunda isə anbara endirilən zərbədən sonra yanğın qeydə alınıb. Nəticədə üç nəfər xəsarət alıb.
Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.






Bizim.Media

- A-
- A
- A+
Dünya
09:14 / 16.07.2026
Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO
Hazırda oxunan: Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO
Hazırda oxunan: Rusiya ordusu Kiyevə zərbə endirdi - Ölənlər var - FOTO
625581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































