Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

Hazırda oxunan: Ukraynanın müdafiə naziri Fedorov İSTEFA VERDİ

625562

Ukraynanın müdafiə naziri Mixaylo Fedorov faktiki olaraq vəzifəsindən getdiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə o özünün "Telegram" kanalında vida statusu paylaşıb.

"Müdafiə naziri vəzifəsində Ukrayna xalqına xidmət etmək böyük şərəf idi", — deyə o yazıb.

O, paylaşımında bu postda nələri etməyə nail olduğunu və nələri bacarmadığını sadalayıb, həmçinin bundan sonra da hərbi innovasiyalarla məşğul olmağa davam edəcəyini anons edib.
 

Fedorov təxminən yarım il idi ki, bu vəzifəni tuturdu. O, 2026-cı il yanvarın 14-də Ukrayna müdafiə idarəsinin rəhbəri təyin edilmişdi. Buna qədər isə hökumətdə Baş nazirin müavini — Ukraynanın rəqəmsal transformasiya naziri vəzifəsində çalışıb, burada rəqəmsal xidmətlərin inkişafına cavabdeh olub və pilotsuz uçuş aparatları (PUA) sahəsinə rəhbərlik edib.


Ukrayna daxili işlər naziri İqor Klimenko ölkənin yeni müdafiə naziri təyin edilə bilər. Ali Radanın deputatı Yaroslav Jeleznyakın verdiyi məlumata görə, Prezident Volodimir Zelenski Mixaylo Fedorovun istefasından sonra bu posta Klimenkonun gətirilməsi niyyəti barədə artıq parlament fraksiyasını məlumatlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin