İran hazırda ABŞ ilə danışıqları davam etdirməyi planlaşdırmır və ölkə ərazisinin müdafiəsinə hədəflənib.
Bizim.Media CNN-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Hazırda danışıqların aparılması ilə bağlı planlarımız yoxdur, biz ölkənin müdafiəsinə hədəflənmişik", - Bəqai deyib.
Onun sözlərinə görə, ABŞ öz öhdəliklərini pozarsa, İran heç bir razılaşmaya əməl etməyəcək.
"Bu, sadiq qalmaqda davam edəcəyimiz bir prinsipdir", - İran XİN rəhbəri vurğulayıb.
Bizim.Media




































































































