Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Hazırda oxunan: Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

625525

Berlində keçirilən mətbuat konfransı zamanı Almaniya Kansleri Fridrix Merts bəyan edib ki, hazırda Bundestaqın fraksiyalarında qadınların sayı çox azdır və bu, artıq bir problemə çevrilib.

Bizim.Media bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.
 

"Təəssüf ki, bu, xüsusilə mənim fraksiyama aiddir. Biz bu problemi həll etməyə çalışırıq. Mən imkan tapdığım hər yerdə qadınları siyasətə qatılmağa, siyasi vəzifələrə namizədliklərini irəli sürməyə və siyasi tapşırıqları üzərilərinə götürməyə həvəsləndirməyə çalışıram", - deyə Almaniya Nazirlər Kabinetinin rəhbəri bildirib.


Merts əlavə edib ki, koalisiya komitəsinin hazırkı tərkibi cinsiyyət prinsipinə görə deyil, funksional prinsipə əsasən formalaşdırılıb.

Bununla belə, kansler hesab edir ki, Almaniyanın əmək naziri Berbel Bas bu qrupda yeganə qadın olmasına baxmayaraq, böyük aktivlik nümayiş etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin