Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Hazırda oxunan: Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

625519

Malayziyada polis tələbə yoldaşını təqib etməkdə və ona qarşı cinsi qısnamada şübhəli bilinən tələbəni həbs edib. Təhlükəsizlik kameraları onun qızın mənzilinin girişində ayaqqabısını necə iylədiyini qeydə alıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Mothership” nəşri yazır.

KİV-in məlumatına görə, 22 yaşlı qız polisə ərizə yazıb. Şübhəli şəxs elə həmin gün saxlanılıb.

Tələbə qız bildirib ki, oğlan 2026-cı ilin aprel ayından bəri həm yaşayış kompleksində, həm də təhsil müəssisəsində onu dəfələrlə təqib edib.
 

Polislərin əlinə keçən videoda şübhəli şəxsin mənzilin girişində dolaşdığı, ətrafa boylandığı, daha sonra əlini dəmir barmaqlıqların arxasına uzadaraq ayaqqabını götürüb iylədiyi görünür. Polis saxlanılan şəxsin əvvəllər məhkum olunmadığını və narkotik vasitə istifadə etmədiyini bildirib. Tələbə şəxs araşdırmanın davam etdirilməsi üçün nəzarətə götürülüb.


Malayziya qanunvericiliyinə əsasən, şübhəli şəxsi üç ilə qədər həbs cəzası gözləyir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin