Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

Hazırda oxunan: Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxılır – FOTO

625459

ABŞ Maliyyə Nazirliyi ölkənin müstəqilliyinin 250 illiyini qeyd etmək üçün üzərində Amerika prezidenti Donald Trampın təsviri olan 1 dollarlıq qızıl sikkə buraxacaq.

Bizim.Media xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessentin sözlərinə görə, sikkə azadlığı, vətənpərvərliyi və Amerika dəyərlərini simvolizə edir.

Qeyd edək ki, 2026-cı ildə ABŞ Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyini qeyd edir. Donald Trampın təsviri olan xatirə sikkəsinin buraxılması qərarı sikkələrdə və əskinaslarda canlı insanların təsvir edilməsinə qoyulan qadağa səbəbindən görünməmiş hal hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin