Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

Hazırda oxunan: Zelenski bir sıra dövlət xadimi və hərbçini ordenlərlə təltif etdi - ADLAR

625421

Ukrayna prezidenti Volodimir Zelenski müvafiq fərmanlarla dövlət idarəçiliyində və ölkənin müdafiəsində xidmətləri olan şəxsləri yüksək dövlət mükafatlarına layiq görüb.

Bizim.Media xəbər verir ki, təltif edilənlər bunlardır:

Yaroslav Mudrı V dərəcəli ordeni ilə:

Yuliya Sviridenko (keçmiş Baş nazir) və Denis Şmıqal (Baş nazirin birinci müavini — Energetika naziri).

Boqdan Xmelnitski II dərəcəli ordeni ilə:

Robert Brovdi ("Madyar") — Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı və Andrey Biletski — Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri.

Prezidentin fərmanı ilə həmçinin yeni dövlət mükafatı — "Avropa ordeni" təsis edilib. Bu mükafat Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv olması yolunda göstərdiyi xidmətlərə, eləcə də ölkənin müstəqilliyinin və təhlükəsizliyinin qorunmasında göstərilən dəstəyə görə verilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin