"Reuters" agentliyinin məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və müttəfiqlərinin iqtisadi maraqlarına zərbə vurmaq məqsədilə yeni və sərt təhdidlər irəli sürüb.
Bizim.Media xəbər verir ki, Hörmüz boğazını bağladıqdan və ABŞ-ın İran limanlarına qarşı dəniz blokadasını bərpa etməsindən sonra Tehran daha geniş miqyaslı tədbirlər görəcəyini bəyan edib.
SEPAH-ın yaydığı bəyanatda vurğulanır ki, "regional enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da hamı üçün bağlanacaq". Bu, İranın enerji bazarlarında tədarük zəncirini tamamilə iflic etməyə hazır olduğunun göstəricisidir.
Analitiklər hesab edir ki, İran Yəməndəki husi müttəfiqlərindən istifadə edərək Qırmızı dənizin girişi sayılan Bab əl-Məndəb boğazını da bağlamağı planlaşdırır.
Bu addım dünyanın iki ən vacib enerji arteriyasının (Hörmüz və Bab əl-Məndəb) eyni vaxtda risk altına düşməsi deməkdir. Bab əl-Məndəb vasitəsilə təkcə Səudiyyə Ərəbistanının neft ixracı deyil, həm də dünya dəniz ticarətinin əhəmiyyətli bir hissəsi həyata keçirilir.
ABŞ-ın İranın limanlarına blokada tətbiq etməsi və Tehranın cavab olaraq dünya ticarət yollarını hədəf alması, regional münaqişənin qlobal iqtisadi böhrana çevrilməsi ehtimalını maksimum həddə çatdırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:17 / 15.07.2026
İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”
Hazırda oxunan: İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”
Hazırda oxunan: İrandan ABŞ-a YENİ TƏHDİD: “Enerji ixracı ya hamı üçün ortaq olacaq, ya da bağlanacaq”
625420
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































