Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

Hazırda oxunan: Tramp yazıçıya 5,6 milyon dollardan çox təzminat ödədi – MƏHKƏMƏ QƏRARI

625411

ABŞ prezidenti Donald Tramp yazıçı E. Cin Kerrola qarşı cinsi qısnama və böhtanla bağlı məhkəmə qərarı əsasında 5,6 milyon dollardan çox təzminat ödəyib.

Bizim.Media xatırladır ki, 2023-cü ildə Nyu-York məhkəməsi Trampı 1990-cı illərin ortalarında "Bergdorf Goodman" univermağında Kerrola qarşı cinsi qısnama etməkdə və sonradan onun iddialarını "Truth Social" platformasında təkzib edərək böhtan atmaqda təqsirli bilib.
 

Tramp hökm çıxarıldıqdan sonra 5 milyon dolları məhkəmənin nəzarətində olan hesaba köçürmüşdü. Apellyasiya prosesi başa çatdığı və ABŞ Ali Məhkəməsi onun işə yenidən baxılması barədə vəsatətini rədd etdiyi üçün, faizlər də daxil olmaqla ümumi məbləğ yazıçıya ödənilib.


Qeyd edək ki, Tramp bütün bu dövr ərzində ona qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edib.

Yeri gəlmişkən, bu, tərəflər arasındakı yeganə hüquqi mübahisə deyil. 2024-cü ildə başqa bir məhkəmə başqa bir böhtan epizoduna görə Trampı Kerrola təxminən 84 milyon dollar təzminat ödəməyə məhkum edib. Tramp həmin qərarla bağlı şikayət prosesini hələ də davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin