ABŞ İrana qarşı sanksiyaları genişləndirdi: "Kölgə donanması" HƏDƏFDƏ

Hazırda oxunan: ABŞ İrana qarşı sanksiyaları genişləndirdi: "Kölgə donanması" HƏDƏFDƏ

625379

ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, məhdudiyyətlər əsasən İranın neft ixracı və sanksiyalardan yayınma sxemlərində mühüm rol oynayan "kölgə donanması" şəbəkəsini hədəf alır.

Sanksiya siyahısına 10 fiziki şəxs, 24 şirkət və 20 gəmi daxil edilib. Ümumilikdə isə təkcə Məhəmməd Hüseyn Şamxaniyə bağlı şəbəkə ilə əlaqəli 50-dən çox yeni obyekt və şəxs qara siyahıya salınıb.
 

Sanksiyalar İranın neft ixracını asanlaşdıran, həmçinin konteyner daşımaları və əmtəə ticarəti ilə məşğul olan şəbəkələrə yönəlib. Bu şəbəkənin Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Hindistan, Honq-Konq və digər ölkələrdə fəaliyyət göstərən maliyyəçiləri və gəmi menecerləri də hədəf alınıb.


ABŞ Maliyyə Nazirliyi sanksiya tətbiq edilən şəxslər və gəmilərlə bağlı artıq başlamış əməliyyatların yekunlaşdırılması üçün sentyabrın 12-dək xüsusi lisenziya verib. Bu, iyulun 14-dək yüklənmiş və İran və ya Rusiya limanlarından kənarda boşaldılacaq yüklərə aiddir.

Bu addım Vaşinqton və Tehran arasında iyun ayında əldə edilmiş atəşkəs razılaşmasının pozulmasından və ABŞ-ın İran limanlarına dəniz blokadasını yenidən bərpa etməsindən dərhal sonra atılıb. Analitiklərin fikrincə, sanksiyaların genişləndirilməsi tərəflər arasında gərginliyi daha da artırır və nüvə proqramı ilə bağlı hər hansı yekun razılaşmanın əldə olunma ehtimalını azaldır.

ABŞ rəsmiləri bəyan edib ki, bu tədbirlər İranın regionda sabitliyi pozan hərəkətlərinə və Hörmüz boğazındakı hücumlarına iqtisadi təzyiqi artırmaq məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin