Luvr muzeyindəki soyğunçuluqla bağlı yeni təfərrüatlar BƏLLİ OLDU

Hazırda oxunan: Luvr muzeyindəki soyğunçuluqla bağlı yeni təfərrüatlar BƏLLİ OLDU

625377

Fransanın "Le Monde" nəşri 19 oktyabr 2025-ci il tarixində Luvr muzeyində baş vermiş səs-küylü soyğunçuluqla bağlı iki şübhəlinin dindirmə protokollarından yeni detallar dərc edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Luvrdan oğurluq edənlər muzeydən belə qaçıblar – ANBAAN VİDEO


Bizim.Media xatırladır ki, cinayətkarlar Apollon Qalereyasından Napoleon və İmperatriça Jozefinaya aid kolleksiyadan olan boyunbağı, broş və diademalar daxil olmaqla çoxlu sayda zinət əşyası oğurlayıblar.

İstintaqın məlumatına görə, oğurlanan zinət əşyalarında 8482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari olub.
 

Şübhəlilər fəhlə geyimində, liftli yük maşını ilə muzeyin balkonundan içəri daxil olublar. 40 yaşlı taksi sürücüsü olan şübhəlilərdən biri ağır maliyyə vəziyyəti səbəbindən 15-20 min avro qarşılığında təklifə razılaşdığını bildirib. İkinci şübhəli isə son ana qədər hədəfin zərgərlik mağazası olduğunu düşündüyünü iddia edib.


Şübhəlilər oğurluğu "təsirli" bir sifarişçinin göstərişi ilə etdiklərini bildiriblər. Maraqlıdır ki, sifarişçi qrupun pəncərədən içəri daxil olarkən çox vaxt itirdiyini əsas gətirərək nəticədən narazı qalıb.

İstintaq hazırda bu sirli təşkilatçının mövcudluğunu araşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin