"Volkswagen" avtomobil konserninin baş direktoru Oliver Blume dünya miqyasında 50 000-ə qədər iş yerinin ixtisar ediləcəyini işçilərə elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "DW" məlumat yayıb.
Blumenin korporativ bülletendə dərc olunmuş müsahibəsindən məlum olur ki, bu rəqəm administrasiya, infrastruktur və əsas fəaliyyətə dəstək xərclərinin rəqabətədavamlı səviyyəyə qədər azaldılması planı ilə bağlıdır.
"Volkswagen" rəhbərinin məktubunda həmçinin qeyd olunur ki, VW-nin cari xərcləri öz seqmentindəki digər şirkətlərlə müqayisədə 20% yüksəkdir.
Konsern həmçinin ona məxsus olan digər brendlərin də işçilərini ixtisar etmək niyyətindədir.
"Der Spiegel" jurnalının məlumatına görə, bu işçilərin əksəriyyəti Almaniyadadır. Blumenin sözlərinə görə, 2026-cı ilin sonuna qədər bu hədəf yarıdan çox yerinə yetiriləcək.
Bizim.Media





































































































