Yayda Kaliforniya ştatının sahillərində okeanda suyun temperaturunun yüksəlməsi səbəbindən ağ köpəkbalıqlarının rekord sayda toplaşması gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır.
Nəşrin yazdığına görə, bu, sözügedən yırtıcıların 2016-cı ildən bəri ən iri miqyaslı toplaşmasıdır.
Nəşrin istinad etdiyi ekspertlərin rəyinə görə, miqrasiyaya səbəb El-Ninyo meteoroloji hadisəsidir.
"Hava həddindən artıq istiləşir və bu, ağ köpəkbalıqlarının xoşuna gəlmir. Proses onları Kaliforniyaya miqrasiya etməyə məcbur edir", – deyə Kaliforniya Dövlət Universitetinin köpəkbalıqlarının öyrənilməsi laboratoriyasının rəhbəri Kris Lou jurnalistlərə bildirib.
Qeyd edildiyi kimi, yerli hakimiyyət orqanları artıq həm yırtıcıların, həm də insanların qorunması üçün tədbirlər görüb. Belə ki, yerli Balıqçılıq və Vəhşi Təbiət Departamenti çimərliklərdə və körpülərdə müəyyən balıq ovu alətlərinin istifadəsini qadağan edən bir sıra əmrlər verib.
Bizim.Media





































































































