Britaniyada ağcaqanad vasitəsilə keçən xəstəliklər KƏSKİN ARTDI

Hazırda oxunan: Britaniyada ağcaqanad vasitəsilə keçən xəstəliklər KƏSKİN ARTDI

625327

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi yay mövsümündə xaricə səyahət edənləri ağcaqanadlar vasitəsilə yayılan xəstəliklərə qarşı ehtiyatlı olmağa çağırıb.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu il ölkədə xaricdən gətirilən “Zika” virusu və “Denqe” qızdırması kimi ağcaqanadlarla yayılan xəstəliklərlə bağlı artım qeydə alınıb.
 

Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında Böyük Britaniyada “Zika” virusuna yoluxmanın səkkiz halı təsdiqlənib.


Bu il aşkarlanan yoluxmaların dördü İndoneziyadan qayıdan şəxslərdə müəyyən edilib.

Agentlik xaricə səfər edənlərə həşərat əleyhinə vasitələrdən istifadə etməyi, uzunqol paltar və uzun şalvar geyinməyi, zərurət olduqda insektisidlə işlənmiş ağlardan istifadə etməyi tövsiyə edib. Həmçinin səyahət öncəsi tələb olunan peyvəndlərin vurulmasının və malyariyaya qarşı dərman qəbulunun zəruriliyinin yoxlanılmasının vacibliyi vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin