Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Hazırda oxunan: Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

625305

ABŞ Prezidenti Donald Tramp gəmilərin Hörmüz boğazından keçidi zamanı təhlükəsizliyin təmin edilməsinə görə yüklərin dəyərinin 20%-ni almaq niyyətindən imtina edib.

Bizim.Media xəbər verir ki, o bu barədə "Truth Social" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Trampın sözlərinə görə, ödənişin əvəzinə Fars körfəzi dövlətləri ilə ticarət və investisiya sazişləri bağlanacaq.
 

ABŞ lideri qeyd edib ki, bu qərar Yaxın Şərq ölkələrinin rəhbərliyi ilə aparılan danışıqların yekunlarına əsasən qəbul edilib. O, ABŞ iqtisadiyyatına ediləcək yeni investisiyaların "nəhəng" olacağına və artıq mövcud olan rekord həcmli yatırımları üstələyəcəyinə əmin olduğunu ifadə edib.


"Mən Birləşmiş Ştatların xeyrinə olan 20 %-lik ödənişi Fars körfəzi dövlətlərinin ABŞ ilə bağlayacağı ticarət və investisiya sazişləri ilə əvəz etmək qərarına gəldim", - o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin