Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Hazırda oxunan: Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

625295

Sumud humanitar donanması ilə bağlı işə baxan Türkiyə məhkəməsi İsrailin Baş naziri Binyamin Netanyahunu İnterpolun qırmızı bildirişi vasitəsilə beynəlxalq axtarış siyahısına salan qərar çıxarıb.

Bizim.Media xəbər verir ki, bu barədə Halk TV məlumat yayıb.
 

Telekanalın məlumatına görə, İstanbul 11-ci Ağır Cəza Məhkəməsi Netanyahu və işin digər fiqurantları barəsində bəşəriyyət əleyhinə cinayətlər, soyqırımı, azadlıqdan məhrum etmə, qəddar rəftar, qəsdən sağlamlığa zərər vurma, soyğunçuluq və nəqliyyat vasitələrini saxlama ittihamları ilə həbs qərarı çıxarıb.


Daha əvvəl bu instansiya İstanbul Prokurorluğunun ittiham aktı əsasında Netanyahu və İsrailin 34 yüksəkrütbəli məmuru barəsində cinayət işi açmışdı. 1

Prokurorluq onlar üçün ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edir.

Qeyd edək ki, 2025-ci ilin noyabrında İstanbul Baş Prokurorluğu soyqırımı, Qəzza sektorunun kütləvi şəkildə bombalanması və humanitar yardımın çatdırılmasına mane olmaq ittihamları ilə Netanyahu və yəhudi dövlətinin rəhbərliyinin həbsinə dair order vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin