Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

Hazırda oxunan: Şahzadə Harri yoqa zamanı keçinin zərbəsinə tuş gəldi – FOTO

625212

Uorikşir qraflığında keçirilən "Scotty's Little Soldiers" xeyriyyə festivalı zamanı Şahzadə Harri ilə gözlənilməz hadisə baş verib. Hazırda populyar olan "keçilərlə yoqa" məşğələsi zamanı heyvanlardan biri qəfildən hersoqun qasıq nahiyəsinə zərbə endirib.

Bizim.Media xəbər verir ki, 41 yaşlı şahzadə xoşagəlməz epizodu gülümsəyərək qarşılayıb.

Məşğələnin qaydalarına əsasən, iştirakçılar yerə uzanır, keçilər isə onların kürəyinə və çiyinlərinə çıxaraq sərbəst gəzirlər. Lakin keçilərdən biri gözlənilmədən Harrinin qasıq nahiyəsinə tullanıb. Şahzadə gülərək instinktiv şəkildə əlləri ilə həmin hissəni qoruyub.

Gözlənilməz hadisəyə baxmayaraq, Harri məşğələni davam etdirib və uşaqlarla həvəslə ünsiyyət qurub.

Onlarla birlikdə keçiləri yemləyən, heyvanları sığallayan şahzadə hətta zarafat da edib:

"İndi keçiləri sevirsiniz, yoxsa sizdə keçifobiya (keçi qorxusu) yaranıb?"

Festival valideynlərini hərbi xidmət zamanı itirmiş uşaqlara kömək edən "Scotty's Little Soldiers" xeyriyyə təşkilatı tərəfindən təşkil olunub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin