Volodimir Zelenski bildirib ki, yeni sanksiyaların tətbiqindəki ləngimə Rusiyaya məhdudiyyətlərə hazırlaşmaq üçün vaxt qazandırır və o, Aİ-ni 21-ci sanksiyalar paketini elə bu həftə təsdiqləməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
Prezident, həmçinin tərəfdaşlarla Avropa raketdən müdafiə sisteminin yaradılması ilə bağlı razılaşmaların həyata keçirilməsini sürətləndirməyin vacibliyini vurğulayıb.
"Biz birlikdə hərəkət etməliyik — hər bir şirkət və hər bir ölkə həyatın əsl müdafiəçisi olmalıdır. Birgə imkanlar kifayətdir və biz birlikdə Ukrayna və bütün Avropa üçün həqiqətən etibarlı bir müdafiə qura bilərik", — deyə Prezident qeyd edib.
Xatırladaq ki, Rusiya ordusunun son hücumu nəticəsində Xarkov vilayətində uşaq da daxil olmaqla yeddi nəfər, Çerniqov vilayətində isə üç nəfər yaralanıb.
Kiyevdə məktəb və müəssisə də daxil olmaqla 16 obyektə ziyan dəyib.
Zərbələr, həmçinin Dnepropetrovsk, Donetsk, Jitomir və Odessa vilayətlərinin kritik infrastrukturuna endirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:36 / 14.07.2026
Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!
Hazırda oxunan: Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!
Hazırda oxunan: Zelenskidən Aİ-yə ÇAĞIRIŞ: Rusiyaya qarşı 21-ci sanksiyalar paketini təcili qəbul edin!
625209
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































