Trampın qızı və kürəkəninin Albaniyadakı layihəsi ilə bağlı QALMAQAL BÖYÜYÜR - FOTO

Hazırda oxunan: Trampın qızı və kürəkəninin Albaniyadakı layihəsi ilə bağlı QALMAQAL BÖYÜYÜR - FOTO

624850

Cared Kuşner və İvanka Trampla əlaqəli olan, Albaniyanın Sazan adasındakı dəbdəbəli kurort layihəsi ciddi korrupsiya və sənəd saxtakarlığı araşdırmasının mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, Albaniyanın antikorrupsiya orqanları sözügedən ərazini satmış iş adamı Artur Şexu barəsində cinayət işi açıb.

Albaniyanın Xüsusi Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qurumu (SPAK) aprel ayında qorunan sahil zolağını "Albania Land Development" şirkətinə satan iş adamı Artur Şexunun fəaliyyətini yoxlayır.

İstintaqın ilkin qənaətinə görə, torpaq mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi zamanı saxta sənədlərdən istifadə edildiyi ehtimal olunur.

Şexu və onun ətrafındakı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi və daşınmaz əmlak vasitəsilə çirkli pulların yuyulmasında iştirak etdikləri iddia edilir.

Prokurorluq Şexuya ödənilməli olan təxminən 110 milyon avro məbləğində vəsaiti dondurub.
 

Qeyd edək ki, istintaq sənədlərində Cared Kuşner, İvanka Tramp və ya onların təmsil etdiyi "Affinity Partners" şirkəti birbaşa ittiham olunmur. Layihə nümayəndələri özlərinin araşdırmada tərəf olmadıqlarını və torpaq sövdələşmələrinin qanun çərçivəsində aparıldığını bəyan ediblər.


Adriyatik dənizindəki Sazan adasında planlaşdırılan və dəyəri 1 milyard dollar olan bu layihə hələ başlamazdan əvvəl ölkədə kütləvi etirazlara səbəb olub. Ekoloqlar və fəallar adadakı nadir ekosistemin – flaminqoların, dəniz tısbağalarının və digər canlıların məhv olacağından narahatdırlar.

"Flaminqo inqilabı" adı verilən bu etirazlara baxmayaraq, Albaniyanın Baş naziri Edi Rama layihəni ölkənin iqtisadiyyatı üçün strateji əhəmiyyətli investisiya adlandıraraq dəstəkləməyə davam edir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin