Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

Hazırda oxunan: Rusiyada daha bir neft emalı zavodu yanır - FOTO-VİDEO

624756

Rusiyada, Samara vilayətinin ən böyük neft emalı müəssisələrindən biri olan Sızran Neft Emalı Zavodunda (NEZ) güclü yanğın baş verib. 

Bizim.Media xəbər verir ki, ilkin məlumatlara görə, hadisəyə pilotsuz uçuş aparatlarının (PUA) həyata keçirdiyi hücum səbəb olub.

Sızran NEZ regionun yanacaq təchizatında mühüm rol oynayır. Müəssisə aşağıdakı neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb:

Avtomobil benzini, dizel yanacağı, aviasiya kerosini, mazut və bitum.

Zavodun illik neft emalı gücü 7 milyon tondan 8,5 milyon tona qədər təşkil edir.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik geniş açıqlama verməyib, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin