ABŞ-ın 250 illik yubileyinə atəşfəşanlıq şousu ilə yekun vuruldu - VİDEO

Hazırda oxunan: ABŞ-ın 250 illik yubileyinə atəşfəşanlıq şousu ilə yekun vuruldu - VİDEO

623338

Amerika Birləşmiş Ştatları 250 illik yubileyi ilə bağlı keçirilən tədbirlərə möhtəşəm atəşfəşanlıq şousu ilə yekun vurub.

Bizim.Media  xəbər verir ki, paytaxt Vaşinqtonda əsl bayram ab-havası yaşanıb.

Şəhərin müxtəlif istiqamətlərində, hündür nöqtələrdə və “National Mall” ətrafında toplaşan yüz minlərlə insan güclü yağışa baxmayaraq, bu möhtəşəm görüntüləri böyük coşqu ilə izləyib. 

Əslində, 4 iyul bayramı çox qəribə hava şəraiti ilə başlayıb və kəskin istilər səbəbindən bir sıra tədbirlər təxirə salınıb. 

Axşam saatlarında isə güclü yağış və fırtına ABŞ Prezidenti Donald Trampın planlaşdırılan çıxışının və atəşfəşanlığın təxirə salınacağı ilə bağlı proqnozları gücləndirsə də, bir az gecikmə ilə gün planlanan şəkildə yekunlaşıb. 
 

Potomak çayı üzərində yerləşdirilən platformalardan havaya buraxılan yüz minlərlə pirotexniki vasitə gecə səmasını işıqlandıraraq Amerika tarixinin ən böyük atəşfəşanlıq nümayişlərindən birinə çevrilib. 


Təxminən 40 dəqiqə davam edən şou miqyası və istifadə olunan pirotexniki vasitələrin sayına görə Ginnesin Rekordlar Kitabına düşməyə namizəddir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin