ABŞ-dan XƏBƏRDARLIQ: Rusiya Polşaya hücuma hazırlaşır

Hazırda oxunan: ABŞ-dan XƏBƏRDARLIQ: Rusiya Polşaya hücuma hazırlaşır

623063

ABŞ Varşavaya Rusiyanın NATO-nun qətiyyətini sınamaq üçün Polşaya qarşı "silahlı təxribat" planlaşdırdığı barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı məlumat yayıb.

Bildirilib ki, Vaşinqton qarşıdakı aylarda NATO-nun şərq cinahını hədəf alan mümkün Rusiyanın ənənəvi hücum ssenariləri barədə Polşanı müntəzəm olaraq məlumatlandırır.

Məlumata görə, mümkün təxribatlar arasında vacib infrastruktura raket və ya dron hücumları, yaxud da Rusiya əsgərlərinin səhvən sərhədi keçdiyi iddia edilən məhdud ərazi pozuntuları yer alır.

Nəşr qeyd edir, Moskvanın mümkün məqsədi Qərb müttəfiqlərinə Ukraynaya hərbi və maliyyə dəstəyini dayandırmaq üçün təzyiq göstərmək məqsədilə gərginliyi artırmaqdır.

Həmçinin, Baltikyanı ölkələrdən olan mənbələrin də oxşar təxribatların riskinə diqqət çəkdiyi bildirilir. İddialara görə, mümkün bir cəhd Polşanın şimalındakı Rusiya ərazisi olan Kalininqraddan baş verə bilər. Kalininqradın Rusiyanın nüvə silahlarını yerləşdirdiyi bölgələrdən biri olduğu deyilir.

Məqalədə, həmçinin Rusiyanın son zamanlar NATO hava məkanını dron və qırıcı təyyarələrlə pozmaqla alyansın müdafiə qabiliyyətini sınamağa çalışdığı iddiaları da yer alıb.

“The Telegraph” da yazıb ki, Rusiya NATO-nun müttəfiqlərini müdafiə etməyə hazırlığını yoxlamaq üçün Polşaya hücum edə bilər.

Qeyd olunub ki, bu ssenari tam miqyaslı işğaldan daha çox bir təxribatdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin