Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Prezident şərti açıqladı - FOTO

Hazırda oxunan: Rus qoşunları Dnestryanı bölgədən nə vaxt çıxarıla bilər? - Prezident şərti açıqladı - FOTO

622014

Moldova Prezidenti Mayya Sandu Rusiyanın Dnestryanı bölgədəki hərbi mövcudluğuna son qoyulması məsələsinin Ukrayna ətrafındakı münaqişənin həlli prosesinə daxil edilə biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı rəsmi Kişinyovun rus qoşunlarının Dnestryanı bölgədə qanunsuz olaraq qalması məsələsini avropalı tərəfdaşları qarşısında mütəmadi olaraq qaldırdığını bəyan edib.
 

Sandunun sözlərinə görə, Ukraynadakı müharibənin başa çatması ilə bağlı real və ciddi sülh danışıqları başlayarsa, Avropa İttifaqı (Aİ) Dnestryanı problemini, o cümlədən Rusiya hərbçilərinin bölgədən dinc yolla çıxarılması məsələsini də ümumi paketə daxil edə bilər.


Məlumat üçün qeyd edək ki, hazırda separatçı Dnestryanı bölgədə, müxtəlif hesablamalara görə, təxminən 1,5 min nəfərə yaxın Rusiya hərbi qulluqçusu dislokasiya olunub.

Rəsmi Kişinyov uzun illərdir ki, bu qüvvələrin ölkə ərazisindən tamamilə çıxarılmasını tələb edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin