Almaniya Belarus sərhədinə QOŞUN GÖNDƏRİR

Hazırda oxunan: Almaniya Belarus sərhədinə QOŞUN GÖNDƏRİR

620960

Almaniya Silahlı Qüvvələri (Bundestaq) öz tarixində ilk dəfə olaraq xaricdə müvəqqəti missiya deyil, daimi əsasla böyük hərbi kontingent yerləşdirməyə hazırlaşır. Alman əsgərləri NATO-nun şərq cinahının gücləndirilməsi çərçivəsində Litvada — Belarus ilə sərhədə yaxın ərazilərdə yerləşdiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Litvanın milli müdafiə naziri Robertas Kaunas məlumat verib.

Nazirin sözlərinə görə, alman hərbçiləri və onların ailələri üçün zəruri olan infrastrukturun (kazarmalar, məktəblər, bağçalar və tibb müəssisələri) tikintisi qrafiki təxminən 10 ay qabaqlayır.

Hazırda Litva ərazisində 1800-ə yaxın alman hərbçisi xidmət edir və yaxın illərdə onların sayının artırılaraq tam hərbi briqada səviyyəsinə — 5000 nəfərə çatdırılması planlaşdırılır.

Məlumatda qeyd olunur ki, general Kristian Huberin komandanlığı altında fəaliyyət göstərəcək bu briqada NATO-nun şərq sərhədlərində yarana biləcək potensial təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq. Prosesin 2027-ci ilin sonuna qədər tam yekunlaşacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin