"Bizim mübarizəmiz hələ bitməyib"

Hazırda oxunan: "Bizim mübarizəmiz hələ bitməyib"

619491

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında əldə olunmuş razılaşmalara baxmayaraq, İsrailin mübarizəsinin davam etdiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, mətbuat konfransında çıxış edən Baş nazir İsrail və ABŞ-nin birgə addımlarının ölkəyə qarşı "nüvə məhvi" təhlükəsinin qarşısını almağa imkan verdiyini bildirib, lakin qarşıdurmanın hələ bitmədiyini vurğulayıb.

"Bizim mübarizəmiz hələ bitməyib", — deyə Netanyahu qeyd edib.
 

Onun sözlərinə görə, İsrailin əsas məqsədi İranda nüvə silahının peyda olmasına imkan verməməkdir.

"Biz məqsədimizi müəyyən etmişik — İsrail üçün ekzistensial nüvə təhlükəsini aradan qaldırmaq", — deyən Baş nazir İsrailin İranın nüvə silahı əldə etməsinə mane olmaq üçün lazım olan hər şeyi edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin