Rusiya Ermənistandan balıq idxalının dayandırılmasından sonra yaranan boşluğu doldurmaq üçün digər ölkələrdən satınalmaları artırıb.
Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyinə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert məlumat verib.
Qurum rəhbəri bildirib ki, Rusiya tərəfi Ermənistandan diri balıq tədarükünə məhdudiyyətlər qoyulacağını qabaqcadan təxmin edirdi. Bu səbəbdən digər ölkələrdən məhsul idxalı artırılıb.
Xüsusilə, qızılbalıq (forel) tədarükündə Rusiya əsasən İran və Türkiyə bazarlarına yönəlib.
S. Dankvert vurğulayıb ki, tədarükçülərin sayının çox olması işi xeyli asanlaşdırır. Böyük seçim imkanı olduqda, hər hansı bir tərəfdaşdan asılılıq yaranmır və nəticədə məhsul qıtlığı riskinin qarşısı alınır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:00 / 11.06.2026
Rusiya Ermənistan balığını Türkiyə balığı ilə əvəzlədi
Hazırda oxunan: Rusiya Ermənistan balığını Türkiyə balığı ilə əvəzlədi
Hazırda oxunan: Rusiya Ermənistan balığını Türkiyə balığı ilə əvəzlədi
618596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































