Bu ölkə adını dəyişir

Hazırda oxunan: Bu ölkə adını dəyişir

618581

Sakit okeanda yerləşən dünyanın ən kiçik respublikası olan Nauru ölkənin rəsmi adının dəyişdirilməsi ilə bağlı referendum keçirməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, ölkə parlamenti dövlətin rəsmi adının yerli dildəki tarixi adı olan “Naoero” ilə əvəzlənməsini nəzərdə tutan təşəbbüsü yekdilliklə dəstəkləyib.

21 kvadratkilometr əraziyə və təxminən 13 min nəfər əhaliyə malik mikrodövlət bu addımla beynəlxalq kimliyini yerli dil və milli irslə daha da uyğunlaşdırmağı hədəfləyir.

Nauru Prezidenti David Adeang parlamentdə çıxışı zamanı bildirib ki, ad dəyişikliyi ölkənin tarixinə, dilinə və milli kimliyinə daha sədaqətlə yanaşmağa xidmət edəcək.

Hökumətin açıqlamasında qeyd olunub ki, “Nauru” adı yerli əhalinin seçimi nəticəsində deyil, xarici qüvvələrin yerli adı düzgün tələffüz edə bilməməsi səbəbindən formalaşıb.

“Ölkənin adı bizim seçimimizlə deyil, rahatlıq naminə dəyişdirilmişdi”, – deyə hökumət bəyan edib.

Referendumun dəqiq tarixi hələ açıqlanmasa da, təşəbbüsün qəbul ediləcəyi təqdirdə ölkə beynəlxalq səviyyədə “Naoero” adı ilə tanınacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin