Yeni Zelandiya ABŞ-dan dəniz helikopterləri alacaq

Hazırda oxunan: Yeni Zelandiya ABŞ-dan dəniz helikopterləri alacaq

617643

ABŞ Yeni Zelandiyaya təxminən 1,5 milyard dollar dəyərində "MH-60R Seahawk" çoxməqsədli dəniz helikopterlərinin satışını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Dövlət Departamentinin bəyanatına istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, Dövlət Departamenti xarici hərbi satış proqramı çərçivəsində beş helikopterin və onlara aid köməkçi avadanlıqların tədarükünə razılıq verib.

Qeyd olunur ki, Avstraliyanın müttəfiqi olan Yeni Zelandiya, Çinin hərbi potensialının güclənməsi fonunda son illərdə Şərqi Asiyadakı hərbi missiyalarda iştirakını aktivləşdirib.

"Lockheed Martin" istehsalı olan helikopterlərin satınalınması, ölkənin dörd il ərzində müdafiə xərclərini təxminən 9 milyard Yeni Zelandiya dolları həcmində artırmaq proqramının bir hissəsidir. Hakimiyyət orqanları, həmçinin səkkiz il ərzində hərbi xərcləri demək olar ki, iki dəfə artıraraq ÜDM-in 2%-nə çatdırmağı planlaşdırır.

Xatırladaq ki, cari ilin may ayında Yeni Zelandiya hökuməti silahlı qüvvələrin modernləşdirilməsi üçün artıq 1,58 milyard Yeni Zelandiya dolları həcmində vəsait ayırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin