Rumıniya Prezidenti təsdiqlədi: Konstansa limanına zərbə endirən dron Ukraynaya məxsusdur

Hazırda oxunan: Rumıniya Prezidenti təsdiqlədi: Konstansa limanına zərbə endirən dron Ukraynaya məxsusdur

617620

Rumıniya Prezidenti Nikușor Dan bir gün əvvəl Konstansa şəhərinin mülki limanında partlayan pilotsuz dəniz katerinin (dron) Ukraynaya məxsus olduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə Konstansada baş tutan və insidentin təhlili, eləcə də Qara dəniz sahillərində təhlükəsizliyin gücləndirilməsi tədbirlərinin müzakirə edildiyi işçi toplantının yekunlarına dair bəyanatında bildirib.

"İndi hər şey məlumdur: bu, Ukrayna dronu olub. Sözügedən aparat Rusiya tərəfinin radioelektron mübarizə (REM) vasitələrinin təsiri nəticəsində idarəetməsi itirilən və partlayıcı maddə ilə yüklənmiş dörd Ukrayna dronundan ibarət qrupun tərkibində idi", — deyə prezident qeyd edib.
 

Jurnalistlərin suallarını cavablandıran Nikuşor Dan dəniz dronunun limana necə daxil ola bildiyi barədə dəqiq cavab verə bilməyib. O, aparatın qeydə alınmadan limana sızmasını bu texnologiyanın yeni olması ilə əsaslandırıb. Prezidentin sözlərinə görə, bu texnologiya Ukraynadakı münaqişə zamanı yaradılıb və hazırda Rumıniya tərəfindən yenicə mənimsənilir.


Xatırladaq ki, Rumıniya Müdafiə Nazirliyi iyunun 5-də Konstansa mülki limanında pilotsuz dəniz aparatının öz-özünə partladığını, hadisə nəticəsində xəsarət alanların olmadığını bəyan etmişdi.

Daha sonra Ukrayna Silahlı Qüvvələrinin nəzarətindən çıxan dörd drondan birinin Konstansa limanında, ikincisinin liman yaxınlığındakı açıq dənizdə, digər ikisinin isə Konstansadan təxminən 145 kilometr şərqdə partladığı məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin