Trampdan Tayvana veriləcək 14 milyardlıq silah paketi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Trampdan Tayvana veriləcək 14 milyardlıq silah paketi ilə bağlı AÇIQLAMA

617504

ABŞ administrasiyası Tayvana ümumi dəyəri təxminən 14 milyard dollar olan silah paketini təhvil verib-verməyəcəyi ilə bağlı hələlik yekun qərar qəbul etməyib. 

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

Ağ Ev rəhbərindən bu məsələni Tayvan rəhbəri ilə müzakirə etmək niyyətində olub-olmadığı soruşulub.

"Mən onunla hər zaman danışa bilərəm", - deyə Tramp bildirib.

Qeyd edək ki, mayın 15-də Tramp açıqlamasında Tayvan və İran problemləri üzrə Si Cinpinlə qarşılıqlı anlaşma əldə edildiyini bildirmişdi.

O, Çin lideri ilə danışıqlar zamanı ABŞ-nin Tayvana mümkün silah satışı məsələsini də müzakirə etdiyini qeyd etmişdi. Lakin bu barədə qərarını daha sonra açıqlayacağını bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin