Rubio Xameneinin aqibətindən DANIŞDI: “Sağdır və aktivdir”

Hazırda oxunan: Rubio Xameneinin aqibətindən DANIŞDI: “Sağdır və aktivdir”

616830

ABŞ-ın Dövlət katibi Marko Rubio, İranın ali rəhbəri Müctəba Xameneinin sağ olduğuna və mühüm siyasi qərarların qəbul edilməsində aktiv iştirak etdiyinə dair əlamətlərin mövcud olduğunu bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Müctəba Xameneinin sağ olduğuna və qərarların qəbulunda getdikcə daha fəal iştirak etdiyinə dair əlamətlər var", - ABŞ dövlət katibi bildirib.
 

Mayın 18-də İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur bəyan etmişdi ki, ABŞ-İsrail zərbəsi zamanı Xameneinin aldığı xəsarətlər onun xarici görünüşünü korlamayıb. Rəsminin sözlərinə görə, Qərbin yaydığı şayiələrin əksinə olaraq, Xamenei ətraflarını (əl və ayaqlarını) itirməyib.


İranın ali rəhbəri cari ilin mart ayında ABŞ və İsrailin birgə bombardmanı zamanı xəsarət alıb. O, martın 9-na keçən gecə bu ali rəhbər vəzifəsinə seçilib və həmin vaxtdan bəri hələ bir dəfə də olsun ictimaiyyət qarşısına çıxmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin