KİV: ABŞ və İran Hörmüzlə bağlı razılığa gəldi – DETALLAR

Hazırda oxunan: KİV: ABŞ və İran Hörmüzlə bağlı razılığa gəldi – DETALLAR

615200

“Rəsmi Vaşinqton və Tehran Hörmüz boğazının açılmasını nəzərdə tutan sazişlə bağlı prinsipial razılığa gəliblər”.

Bizim.Media xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bununla belə, qəzetin məlumatına görə, boğazdan tam gəmiçiliyin bərpası və neftin dünyada qiymətlərinin mümkün enişi üçün vaxt hələ də məlum deyil.

Bundan əlavə, NYT qeyd edib ki, yekun razılaşma əldə olunsa, İranın su yolu üzərində nəzarəti hansı formatda həyata keçirəcəyi məlum deyil.

Daha əvvəl "Fox News" İranın prinsipial olaraq çərçivə sazişi ilə razılaşdığını və tərəflərin onun təxminən 95 %-ni tamamladığını bildirib.

Qeyd edək ki, “Axios” nəşri yekun sənədin mətnini dərc edib. Həmin sənəddə atəşkəsin uzadılması, sanksiyaların yumşaldılması, nüvə öhdəlikləri kimi məqamlar öz əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin