Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

Hazırda oxunan: Londonda yəhudi icmasının üzvlərinə hücum etdilər

612378

Londonun şimalında yəhudi icmasının üzvlərinə hücum olub, nəticədə üç nəfər yüngül xəsarət alıb.

Bizim.Media xəbər verir ki, bu barədə Skotland-Yard məlumat yayıb.

Hadisə yerli vaxtla saat 01:20-də Enfild rayonunda baş verib. Polis icma üzvlərini təqib etdiyi və onlara hücum etdiyi ehtimal olunan kişi barədə məlumat alıb.

Hadisə ilə bağlı London ətrafında yaşayan 34 yaşlı şəxs saxlanılıb.

Ona hücum, irqi və ya dini nifrət zəminində hərəkətlər, habelə hədə və təhqiramiz davranış da daxil olmaqla, bir neçə epizod üzrə ittiham irəli sürülüb.

Xəsarət alanlar iki kişi və bir qadındır. Onların aldığı xəsarətlər hospitalizasiya tələb etməyib.

Məhkəmə iclası mayın 11-nə təyin olunub.

Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini və təhlükəsizliyin təmin olunması üçün yerli yəhudi icması ilə əlaqə saxladığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin