Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

Hazırda oxunan: Starmer daha 10 il hakimiyyətdə qalmaq istəyir

612371

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəyə daha 10 il rəhbərlik etmək niyyətində olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Starmer bu barədə “The Observer” nəşrinə müsahibəsində danışıb.

2024-cü ildə hakimiyyətə gələn Britaniya baş naziri hökumətini “10 illik yenilənmə layihəsi” kimi xarakterizə edib.

O, 2029-cu ildə keçiriləcək növbəti ümumi seçkilərdə Leyboristlər Partiyasına rəhbərlik edib-etməyəcəyi və ikinci müddəti tam başa vurmağa hazır olub-olmadığı barədə suala “bəli” cavabını verib.

Qərb mediası isə Starmerin ikinci müddətə yenidən seçilmə perspektivinin getdikcə daha qeyri-müəyyən göründüyünü yazır.

Jurnalistlər qeyd edirlər ki, Leyboristlər Partiyasının yerli seçkilərdə uğursuz nəticələrindən sonra parlamentdə Starmerin vəzifədən uzaqlaşdırılması imkanları müzakirə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin