Şimali Koreyada yeni konstitusiya: Kim Çen İnə nüvə silahından istifadə hüququ verilir

Hazırda oxunan: Şimali Koreyada yeni konstitusiya: Kim Çen İnə nüvə silahından istifadə hüququ verilir

611455

Şimali Koreya lideri Kim Çen İn dövlət başçısı kimi yenidən vəzifəyə təyin olunacaq və ona nüvə silahından istifadə hüququ veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, Şimali Koreyanın yeni konstitusiyası Kim Çen İnə Dövlət İşləri üzrə Komissiyanın sədri kimi nüvə silahından istifadə etmək səlahiyyəti verir.
 

Sənəddə həmçinin qeyd olunur ki, Şimali Koreya “müharibənin qarşısını almaq” məqsədilə nüvə silahının hazırlanmasını davam etdirəcək.


Reuters yazır ki, yeni konstitusiya Pxenyanın nüvə silahı proqramını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi möhkəmləndirir.

Qeyd edək ki, Kim Çen İn mart ayında Şimali Koreyanın Dövlət İşləri üzrə Komissiyasının sədri vəzifəsinə yenidən təyin olunub.

Reuters-in daha əvvəl yaydığı məlumata görə, Şimali Koreya parlamenti həmçinin konstitusiya dəyişikliklərini və ölkənin beşillik iqtisadi planını müzakirə edib. Şimali Koreya 2023-cü ildə də nüvə qüvvələrinin inkişaf siyasətini konstitusiyada təsbit etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin