İsrail ordusu Livanda “Hizbullah”ın 1000-dən çox obyektini məhv etdi – VİDEO

Hazırda oxunan: İsrail ordusu Livanda “Hizbullah”ın 1000-dən çox obyektini məhv etdi – VİDEO

609823

İsrail ordusu Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlar çərçivəsində 1000-dən çox hərbi obyekti məhv etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, 91-ci diviziyanın komandanlığı altında fəaliyyət göstərən BİSLAM briqadasının qüvvələri “Hizbullah” üzvlərinin İsrail hərbçilərinə qarşı hücumlar üçün istifadə etdiyi 1000-dən çox infrastrukturu sıradan çıxarıb.

Məhv edilən obyektlər arasında minalanmış tikililər və silahların saxlanıldığı binalar da olub.
 

Bundan başqa, ərazidə yüzlərlə silah-sursat aşkar edilib. Onların arasında pulemyotlar, “Kalaşnikov” avtomatları, qumbaralar, minalar, tapançalar, tank əleyhinə raketlər, döyüş sursatları, RPG raketləri və minaatan mərmiləri olub.


İsrail ordusu əməliyyatların Livanın cənubunda təhlükəsizlik təhdidlərinin aradan qaldırılması məqsədi daşıdığını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin