Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Hazırda oxunan: Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

609758

Süni intellekt infrastrukturuna çəkilən xərclər bəzi hallarda əmək haqqı fondunu üstələməyə başlayıb.

Bizim.Media bu barədə “gazeta.ru”ya istinadla xəbər verir.

“Mənim komandam üçün hesablama resurslarının dəyəri əməkdaşlara çəkilən xərcləri əhəmiyyətli dərəcədə üstələyir”, — deyə “Nvidia”nın vitse-prezidenti Brayan Katanzaro “Axios”a bildirib.

“Gartner”in proqnozlarına görə, 2026-cı ildə qlobal İT xərcləri 2025-ci illə müqayisədə 13,5% artaraq 6,31 trilyon dollara çatacaq.

Bu artım süni intellekt sahəsində infrastruktur, proqram təminatı və bulud xidmətlərinin inkişafındakı davamlı dinamika ilə bağlıdır. Bununla belə, hətta ən böyük şirkətlər belə, uzunmüddətli perspektivdə bu investisiyaların özünü doğrultduğunu (rentabelliyini) hələ sübut etməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin