7 uşağını qətlə yetirən şəxs ABŞ ordusunun veteranı imiş

Hazırda oxunan: 7 uşağını qətlə yetirən şəxs ABŞ ordusunun veteranı imiş

608159

ABŞ-ın Luiziana ştatında 8 uşağı silahla qətlə yetirən şəxsin Amerika ordusunun veteranı Şamar Elkins olduğu müəyyənləşib.

Bizim.Media xəbər verir ki, New York Post yerli hakimiyyət orqanlarına istinadən yazıb ki, ölən 8 uşaqdan 7-si onun öz övladı olub.
 

Bundan əvvəl Luiziana polisi Şrivport şəhərində 1 yaşdan 14 yaşadək 8 uşağın atışma nəticəsində öldüyünü açıqlamışdı. Hücumda şübhəli bilinən şəxs polis təqibi zamanı zabitlər tərəfindən zərərsizləşdirilib.


Məlumata görə, 31 yaşlı Şamar Elkins faciədən qısa müddət əvvəl uşaqlarla, o cümlədən Pasxa münasibətilə birlikdə kilsəyə getdikləri anların fotolarını paylaşırmış.

Onun paylaşımlarından birində Tanrıdan psixi sağlamlıq problemlərini aşmaq üçün kömək istədiyi də qeyd olunub.

Amerika KİV-i həmçinin yazır ki, Elkins 2019-cu ilin martında, ABŞ ordusundakı xidmətini başa vurduqdan üç il sonra, məktəb ərazisində odlu silahdan qanunsuz istifadə və onu gəzdirmə ittihamı ilə saxlanılmış, 18 ay şərti cəza almışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin