Kiyevin Qoloseyevski rayonunda küçədə və supermarketdə baş verən atışma nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko "Telegram" kanalında bildirib.
"Atışma zamanı xəsarət alan və daha əvvəl xəstəxanaya yerləşdirilən 10 nəfərdən biri xəstəxanada vəfat edib. Bu, 30 yaşlarında qadındır. Onun şəxsiyyəti müəyyənləşdirilir", - paylaşımında yazıb.
Qeyd olunur ki, ümumilikdə 15 nəfər xəsarət alıb, onlardan altısına hadisə yerində yardım göstərilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:10 / 18.04.2026
Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb
Hazırda oxunan: Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb
Hazırda oxunan: Kiyevdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb
607968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































