Trampdan danışıqların ANONSU – Bu tarixdə baş tutacaq – VİDEO

Hazırda oxunan: Trampdan danışıqların ANONSU – Bu tarixdə baş tutacaq – VİDEO

607804

Tehran və Vaşinqton dialoqu davam etdirir və həftəsonu təmasların baş tutacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Arizona ştatının Finiks şəhərində jurnalistlərə açıqlamasında bildirib. 

"Danışıqlar prosesi davam edir. Həftəsonu da davam edəcək", - ABŞ lideri bildirib.

O, iki tərəfin mövqelərindəki fikir ayrılıqlarının hələ də mövcud ola biləcəyini etiraf edib.

"Bəlkə də bəziləri var – hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Əgər varsa, onları aradan qaldırmalıyıq. Lakin güman edirəm ki, çox əhəmiyyətli fikir ayrılıqları qalmayıb", - Ağ Ev rəhbəri bildirib.

Tramp əlavə edib ki, Fars körfəzindəki İran dəniz limanlarının blokadası razılaşma əldə edildikdən sonra aradan qaldırılacaq.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. Buna cavab olaraq İran İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında nəticəsiz başa çatan danışıqlar aparılıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin