İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla telefon danışığının detallarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, Netanyahu bu barədə sosial şəbəkə hesabında yaydığı videomüraciətdə bildirib.
“Mən Trampla danışdım. O, dəniz blokadasını davam etdirmək və İranın qalan nüvə potensialını məhv etmək niyyətindədir. O, bu təhlükəni birdəfəlik aradan qaldıra biləcəyinə inanır”, - deyə Netanyahu qeyd edib.
Xatırladaq ki, aprelin 8-də ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:55 / 17.04.2026
Netanyahu: “Trampla danışdım, İranın nüvə potensialını tam məhv edəcək” – VİDEO
Hazırda oxunan: Netanyahu: “Trampla danışdım, İranın nüvə potensialını tam məhv edəcək” – VİDEO
Hazırda oxunan: Netanyahu: “Trampla danışdım, İranın nüvə potensialını tam məhv edəcək” – VİDEO
607606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































