Fələstinli terrorçunun evi dağıdılacaq - FOTOLAR

Hazırda oxunan: Fələstinli terrorçunun evi dağıdılacaq - FOTOLAR

59313
22 oktyabrda terror aktı törətmiş fələstinli Əbd Ər Rəhman Şaludinin evi dağıdılacaq.
 
Bu haqda İsrailin daxili işlər naziri İsxah Aronoviç bəyanat verib. Nazir terror nəticəsində dünyasını dəyişənlərdən birinin evini ziyarət edərkən deyib ki, terrorçuya qarşı sanksiyalar tətbiq olunacaq. O cümlədən onun evinin dağıdılması da gündəmdədir.
 
Qeyd edək ki, terror hadisəsi oktyabrın 22-i, Yerusəlim şəhərinin yəhudilər yaşayan məhəlləsində baş verib.
“Həmas” üzvü olan 21 yaşlı Əbd Ər Rəhman Şaludi idarə etdiyi “Volkswagen” avtomobilini tramvay dayanacağındakı insanların üstünə sürüb.
 
Nəticədə, 8 insan yaralanıb. Yaralanan kişilərdən birinin qucağında olan 3 aylıq qız usagı - Xaya Zisel Braun ölüb.
Teroru törədən Əbd Ər Rəhman Şaludi də polislər tərəfindən ağır yaralanıb və xəstəxanaya çatdırılsa da, keçinib.(publika.az)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin