Ukrayna üzrə tribunal: Rusiya XİN Fransanın qərarına hiddətlənib və Parisə müstəmləkə günahlarını xatırladıb

Hazırda oxunan: Ukrayna üzrə tribunal: Rusiya XİN Fransanın qərarına hiddətlənib və Parisə müstəmləkə günahlarını xatırladıb

574662
"Fransa Ukraynanın çoxsaylı cinayətlərini görməkdən imtina edir və şüurlu surətdə onlar barəsində susur..."
 
"Fransanın müstəmləkəçilik dövründə törətdikləri çoxsaylı cinayətləri onu belə bəyanatlar verməyə mənəvi hüquqdan mərhum edib..."
 
Rusiyalı diplomatlar Fransanın "ədalət məhkəməsi ilə heç bir əlaqəsi olmayan növbəti aşkar siyasiləşmiş "məhkəmə" instansiyası-Rusiyanın cinayətləri üzrə xüsusi tribunal" yaratmaq planlarından hiddətlənib.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyinin bəyanatında deyilir. Məlumatı "Qazeta.ru" nəşri yayıb
 
"Fransa hakimiyyətinin riyakarlığına təəccüb etməkdə davam edirik. "Özlərinin "prioritetinin" "Ukraynada cəzasızlıqla mübarizə" olduğunu vurğulayaraq, Fransa XİN Ukrayna Silahlı Qüvvələrinin çoxsaylı sənədləşdirilən cinayətlərini görməkdən imtina edir və şüurlu surətdə onlar barəsində susur", - Rusiya XİN bəyanatında deyilir.
 
Nazirliyin sözlərinə görə, "Kiyev xuntası ildən-ilə inadkarlıqla yadfikirliyə total dözümsüzlük formalaşdırır, arzuolunmaz KİV-lərə və jurnalistlərə qarşı ən iyrənc təzyiq formalarına əl ataraq və onlara qarşı fiziki divantutmayadək zorakilığa haqq qazandırıb". Lakin Fransa hakimiyyəti üçün bunların heç bir əhəmiyyəti yoxdur.
 
Diplomatlar məlumat verib ki, ilk dəfə deyil ki, "Qərb ölkələrinin riyakarlığı ilə" üzləşirlər, onlar ABŞ və müttəfiqlərinin Yuqoslaviyada, İraqda, Suriyada, habelə fransızıların müstəkəmləkəçilik dövründə Əlcəzairdə, Hind-Çində və Liviyada törətdikləri cinayətləri xatırladıb, bu cinayətlər "hələ də cəzasız qalıb və Fransanı belə bəyanatlar verməyə mənəvi hüquqdan mərhum edib".
 
"Parisə müstəmləkə müharibələri, müxtəlif cəza əməliyyatları, dünyanın ən müxtəlif hissələrində müdaxilələrin gedişində özünün cinayətləri üzrə xüsusi tribunal yaradılmasından başlamağı tövsiyə edirik", - Rusiya XİN bəyanatında deyilir.
 
Nazirlik insanları "dürüst" və "dürüst olmayan"lara, "özününkülər" və "yadlar"a  bölməməyi, habelə "Ukrayna millətçilərinin geniş vüsət alan cinayətlərinin öyrənilməsi üzrə heç olmasa bir ekspert ayırmağı" tələb edib.
 
Xatırladaq ki, dekabrın 1-də Fransa məlumat verib ki, Rusiyanın Ukraynada cinayətlərinin araşdırılması ilə məşğul olacaq xüsusi tribunal yaradır. Fransa XİN vurğulayıb ki, günahkarlar cəzasız qalmamalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin