Pakistanda daşqınlar nəticəsində 346 nəfər ölüb

Hazırda oxunan: Pakistanda daşqınlar nəticəsində 346 nəfər ölüb

55922
 Ã–tən sutka ərzində Pakistanın Pəncab əyalətində güclü daşqınlar nəticəsində 20-dən çox insan ölüb.

Ölkənin şimal və şimal-şərq rayonlarında davam edən təbii fəlakət nəticəsində, ümumilikdə, 346 nəfər ölüb.Moderator.az -ın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə,  daşqınlar ölkənin cənubundakı Sind əyalətini də əhatə edib, bu bölgənin 50 mindən çox sakini təhlükəsiz ərazilərə təxliyə olunub.   
 
Xilasetmə əməliyyatlarına ordu qüvvələri də cəlb olunub, belə ki, əhali təbii fəlakət zonasından hərbi helikopterlər və katerlər vasitəsilə ilə də təxliyə olunur.   
 
Daşqınlardan, ümumilikdə, 1,7 mln sakinin ziyan çəkdiyi bildirilir. Tibb məntəqələrinə 300 mindən çox insan müraciət edib.  
 
Qeyd edək ki, 2010-cu ildə Pakistanda daşqınlar nəticəsində 1800-dək insan ölüb, 20 mln sakinə ziyan dəyib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin