Qadınlar üçün xüsusi çimərlik

Hazırda oxunan: Qadınlar üçün xüsusi çimərlik

52387
Antalya şəhər bələdiyyə sədri maraqlı addım atıb.

Antalya şəhər bələdiyyə sədrinin tapşırığı ilə “Qadınlar çimərliyi” açılıb.

Çimərlikdə sadəcə qadınlara xidmət üçün nəzərdə tutulan kompleks, axşam saatlarında ailələrə də xidmət göstərəcək. Çimərliyin yaşıllıqdan ibarət sahəsi də var. Buranın təhlükəsizlik xidmətində də qadınlar çalışır. 

Antalya şəhər bələdiyyə sədri qadınların tələbini yerinə yetirdiklərini söyləyərək, “Onlara özlərini daha azad və rahat hiss edə biləcək bir çimərlik hədiyyə edirik” deyə vurğulayıb.

Xatırladaq ki, Türkiyədə bundan əvvəl də qadınlar üçün xüsusi bağlı sahə hazırlanmışdı. 


ANS PRESS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin