Yanukoviçin infarkt keçirdiyi təsdiqləndi -video

Hazırda oxunan: Yanukoviçin infarkt keçirdiyi təsdiqləndi -video

42806
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç infarkt keçirib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
 
“Moskovskiy komsolets” qəzetinin yazdığına görə, hazırda Yanukoviç Moskva xəstəxanalarının birindədir. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Lakin rəsmi məlumat hələlik verilmir.

Xatırladaq ki, Yanukoviçin infarkt keçirdiyi, hətta öldüyü barədə ilk xəbər martın 3-də yayılıb. Həmin gün mətbuat konfransı keçirən Rusiya prezidenti Vladimir Putin isə xəbəri təkzib etmiş, Yanukoviçi sağ-salamat gördüyünü, onun Rostovda olduğunu demişdi. Ancaq sonradan Yanukoviçin insanların qarşısında ürəyini tutub yerə yıxıldığını əks etdirən videokadrlar yayıldı.

Ukraynanın eks-prezidenti Yanukoviçin 64 yaşı var və o, fevralın 21-də vəzifəsindən qovulub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin