Moderator.az-ın məlumatına əsasən Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisindən çıxma prosesini dayandırıblar.
PKK təşkilatının liderlərindən biri Cəmil
Bayık bildirib ki, Türkiyə hökuməti ölkənin kürd əhalisi ilə bağlı heç bir
demokratik islahat aparmır və buna görə də PKK yaraqlıları Türkiyə ərazini tərk
etməyəcəklər.
Bayık
bildirib: "Əgər Ankara ölkədə kürdlər barəsində konkret islahatların
keçirilməsinə başlamasa, artıq Türkiyə ərazisini tərk edən yaraqlılar geri
qaytarılacaq. Hazırda yaraqlıların Türkiyədən çıxması prosesi dayandırılıb".





































































































